FUSTAT – Misirdә, Nil çayının sağ sahilindә orta әsr şәhәri. 641 ildә әrәb sәrkәrdәsi Əmr ibn As tәrәfindәn salınmışdır. Afrikada ilk mәscid mәhz F.-da tikilmişdir. İlk xәlifәlәrin, Əmәvilәrin vә Abbasilәrin dövründә Misirin inzibati mәrkәzi olmuşdur. 969 ildә Fatimilәr tәrәfindәn F.-dan şm.-da Qahirә ş. salındıqdan sonra F. onun tәrkibinә qatılmış, Misirin mәrkәzi Qahirәyә köçürülmüşdü.