FUŞÚN – Çinin şm.-ş.-indә şәhәr. Xuanxe çayı sahilindә, Lyaonin әyalәtindәdir. Əh. 2,2 mln. (2012). Ölkәnin mühüm ağır sәnaye mәrkәzlәrindәndir. Koks-kimya, qara metallurgiya, alüminium, sement sәnayesi, mәdәn vә elektrotexnika maşınqayırması müәssisәlәri var. Mineral gübrәlәr, süni yanacaq istehsal olunur.
Fuşun. 50 mәrtәbәli “Hәyat üzüyü” göydәlәni (solda).
Əsası 1384 ildә qoyulmuşdur. Sonralar ilk mancur dövlәti Son Szinin paytaxtı olmuşdur. 1948 ildәn mәrkәz tabelikli şәhәr, 1954 ildә Lyaodun vә Lyaosi әyalәtlәri Lyaonin әyalәtindә birlәşdirildikdәn sonra әyalәt tabelikli şәhәr olmuşdur.