FUTA-CALLON – 18–19 әsrlәrdә Futa-Callon platosu әrazisindә fulbelәrin dövlәti qurumu. İslamı qәbul etmiş fulbelәrin dialonkelәr vә animist fulbelәri tabe etmәsi nәticәsindә yaranmışdır. İmam tәrәfindәn idarә edilәn hәrbi-teokratik dövlәt olmuşdur. Mәrkәz Timbo ş. idi. Qonşu vilayәtlәri istila etmiş, Qәrbi Sudanla fәal ticarәt aparmışdır. 19 әsrdә F.-C.-a avropalı sәyyahların vә missionerlәrin sәfәrlәri artmışdı. Bölgәdәki daxili çәkişmәlәrdәn istifadә edәrәn Fransa 1897 ildә F.-C. әrazisinin xeyli hissәsini Fransa Qvineyasının tәrkibinә qatmışdı.