FÚTA-CALLÓN (Fouta-Djallon) – Qәrbi Afrikada, Qvineya Resp. әrazisindә plato. Hünd. pillәlәrlә 300 m-dәn (Atlantika okeanı sahilindә) 1000 m-ә qәdәrdir. Ayrı-ayrı massivlәrin hünd. 1400–1500 m-ә çatır (Tamge d., 1538 m). Əsasәn bazaltlar, doleritlәr, qabbrolarla yarılmış qumdaşı vә argillitlәrdәn ibarәtdir. İllik yağıntı 1500 mm-әdәk. Qambiya, Bafinq (Seneqal çayının yuxarı axını) vә digәr çaylar F.-C.-dan başlanır. Savanna landşaftları, rütubәtli hәmişәyaşıl meşәlәr var. Əkinçilik (darı, düyü vә s.) vә heyvandarlıq inkişaf etmişdir.
Futa-Callon platosu.