FUTERLƏMƏ (alm. Futter – astar) – istilik aqreqatlarına vә onların hissәlәrinә (soba, ocaq, boru, çalov vә s.), hәmçinin kimya aparatları, aşılayıcı vannalar vә s.-yә içәri tәrәfdәn qoruyucu üzlük (kәrpic, tava, blok vә s.-dәn) çәkilmәsi. Materialının növündәn vә tәyinatından asılı olaraq odadavamlı (şamot, dinas, maqnezit, dolomit vә s.), turşuyadavamlı, istilikizolyasiyalı, kimyәvi tәrkibinә görә turş vә әsaslı F. olur. Əgәr istilik axınları aqressiv agentlәrә vә s. aqreqat elementlәrinә xaricdәn tәsir göstәrәrsә, bu zaman hәmin elementlәrin üzәrinә xaricdәn qoruyucu üzlük çәkmәyә dә bәzәn F. deyilir.