Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FUTURİZM

    FUTURİZM (lat. futurum – gәlәcәk) – avanqardizm incәsәnәti vә әdәbiyyatında müxtәlif cәrәyanların mәcmusu. 20 әsrin 1-ci yarısında İtaliya vә Rusiyada geniş yayılmış, B. Britaniya, Fransa, Polşa, Portuqaliya, Slovakiya vә Avropanın digәr ölkәlәrindә dә tәrәfdarları olmuşdur. F.-in estetik prinsiplәrini F.T. Marinetti “Futurizmin manifesti”, “Ay işığını öldürәk!” (hәr ikisi 1909), “Sintaksisin dağılması. – Simsiz tәxәyyül. – Sözlәr azadlıqdadır” (1913) vә s. әsәrlәrindә vermişdir.

    1910 ildәn F.-in p l a s t i k   s ә n ә t l ә r ә aid manifestlәri yaranmağa başladı: “Futurist rәssamların manifesti” (1910; U.Boççoni, K.Karra, L.Russolo, C.Balla, S.Severini imzalamışlar), Boççoninin “Futuristik heykәltәraşlığın texniki manifesti” (1912), V. De Sent-Puanın “Futurist qadının manifesti” (1912), A. Sant-Elianın “Futuristik memarlığın manifesti” (1914). Di- vizionizm vә alman ekspressionizmi F.-in ifadә vasitәlәrinin mәnbәyi idi. 1910-cu illәrdә F.-in әsas sәrgilәri İtaliyadan kәnarda keçirilir vә hәrәkat B. Britaniya (vortisizm) vә Rusiyada (italyan F.-i ilә oxşarlığını inkar edәn kubofuturizm) özünә tәrәfdarlar әldә edirdi. 1-ci dünya müharibәsi illәrindә hәrәkatın bir çox iştirakçısı İtaliya ordusu sıralarına könüllü daxil olaraq, F. ideyalarından imtina etmiş, neoklassisizm tendensiyalarına (Severini) vә metafizik boyakarlığa (Karra) üz tutmuşdu. 1916 ildә Boççoni vә Sant-Elianın cәbhәdә hәlak olmasından sonra “birinci F.” lәğv olundu.

    Yeni nәsil italyan futuristlәri (E.Prampolini, F.Depero, Tayat vә b.), әsasәn, monumental sәnәt, dizayn, sәhnәqrafiya, kinofilmlәrin tәrtibatı sahәsindә işlәmişlәr. 1918 ildә futuristlәrin siyasi partiyası yaradılmış, 1919 ildә F.T.Marinetti B.Mussolininin yaratdığı İtaliya mübarizә ittifaqına qoşulmuşdu. 1922 ildә “Romaya yürüş”dәn sonra F. faşist rejiminin rәsmi cәrәyanlarından biri oldu. 1929 il Lateran razılaşmasından sonra Marinetti “Kilsә sәnәtinin futurizm manifesti” kitabını nәşr etdirdi (1931). 1930-cu illәrdә F. çәrçivәsindә “aeroboyakarlıq” cәrәyanı inkişaf edirdi. Onların yaradıcılığında reallıq tәyyarә pilotunun gördüyü kimi tәsvir olunurdu, ifadә vasitәlәri isә ar dekoya yaxın idi (C.Dottori, Tato, Tullio Krali vә b.). 1944 ildә Marinettinin ölümündәn sonra F. süqut etdi. F.-in faşizmlә әlaqәsinә görә 2-ci dünya müharibәsindәn sonra hәrәkat özünә tәrәfdarlar tapmamış, lakin onun bәzi iştirakçıları tәsviri sәnәt vә dizayn (B. Munari) sahәsindә işlәmәyә davam etmişlәr.

    Ə d ә b i y y a t d a Marinettinin ardıcılları İtaliyada A.Soffiçi, C.P.Luçini, A.Palasseski vә b. olmuşlar. Onlar dil eksperimentlәri edir, bәdii obrazın semantikasını pozur, assosiativ әlaqәlәri ön plana keçırirdilәr. 1913–15 illәrdә italyan futuristlәri arasında millәtçilik vә militarizm tendensiyalarının güclәnmәsi ilә әlaqәdar parçalanma baş verdi.

    Rus F.-inin başında V.Xlebnikovun yaradıcılığı dururdu. 1910 ildә kubofuturistlәrin ilk vә әn radikal Moskva qrupunun ideoloqu D.D.Burlyuk idi, V.V.Mayakovski, V.V.Kamenski, İ.Severyanin, B.D. Pasternak da bu cәrәyanın tanınmış nümayәndәlәri idilәr. Rus F.-i müәyyәn dәrәcәdә italyan F.-indәn fәrqlәnirdi; o özünü daha çox poetik dil sahәsindә büruzә verirdi.

    T e a t r   s ә n ә t i n d ә italyan sәhnә F.-inin prinsiplәri Marinetti (“Varyete teatrının manifesti”, 1913; “Sintetik futurist teatrı”, 1916), E.Prampolini (“Futurist sәhnәqrafiyasının manifesti”, 1915) vә b.-nın teatr manifestlәrindә formulә edilmiş vә Ballın İ.F.Stravinskinin musiqisinә yazılmış “Atәşfәşanlıq” tamaşasında (1917), Deperonun “Plastik rәqslәr”indә (1918) vә s. öz әksini tapmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN