FUTYÚ – Yaponiyada (Honsü a.-nda), Tokio prefekturasında şәhәr. Əh. 262,7 min (2017). Nәql. qovşağı. Elektrikmaşınqayırma vә yeyinti sәnayesi müәssisәlәri var.
Un-t (1873), k. t. vә texnologiya un-ti (1949); incәsәnәt vә tarix muzeylәri, açıq sәma altında muzey-park, cıdır meydanı (1933) vә s. var.