FUZARİOTOKSİKÓZ – k.t. heyvanlarının Fusarium cinsindәn olan toksiki göbәlәklәrә yoluxmuş yemlә qidalanması zamanı baş verәn zәhәrlәnmә. Atlar, iri vә xırda buynuzlu mal-qara, donuzlar, quşlar xәstәlәnir. F.-a bir çox ölkәlәrdә rast gәlinir. Xәstә heyvanlarda әzginlik, narahatlıq, mәdә vә bağırsaqların fәaliyyәtinin pozulması, qıcolmalar, iflic müşahidә olunur; çox vaxt xәstәliyin kәskin hallarında heyvanlar mәhv olurlar.
M ü a l i c ә s i: mәdәnin adsorbsiyaedici maddәlәrlә yuyulması, qusdurucu vә ya işlәtmә dәrmanları, selikli hәlimlәr, pәhrizin tәyin olunması.
P r o f i l a k t i k a s ı: yemin keyfiyyәtinә baytarlıq-sanitariya nәzarәti. Bax hәmçinin Mikotoksikozlar.