FUZARİUM (Fusarium) – hifomisetlәr sinfindәn göbәlәklәr cinsi. Konididaşıyıcıları qısa, şaxәlәnәn, tәk, yaxud yastıqcalarda (sporodoxilәr) qruplaşmışlar. Rәngsiz konidilәr çox vaxt selik yığıntılarına batmış, çoxhüceyrәli, yaxud 1–2 hüceyrәli, tәk vә ya zәncirlәrdә olurlar. Mitseli tükcüklü, ağ, sarı, yaxud qırmızı rәnglidir. Əsasәn, bitkilәrin solmasına sәbәb olan parazitlәrdir (bax Vilt, Fuzariozlar). 60-a yaxın növü var. Bәzi növlәri toksinlәr, antibiotiklәr, fitohormonlar (hibberellinlәr) әmәlә gәtirir.