FÜLS – orta әsrlәrdә әrәblәrdә xırda mis sikkә. 7 әsrdә әrәblәrin Suriyanı fәthindәn sonra Bizans follisinә (imperator I Anastasinin keçirdiyi pul islahatı nәticәsindә 498 ildәn kәsilmәyә başlayan mis sikkә) bәnzәtmә kimi meydana gәlmişdir. F. Əmәvilәr, daha sonra Abbasilәr xilafәtindә zәrb olunurdu. Üzәrindә tarixi olan әn qәdim sikkә e.ә. 638 ildә Şamda kәsilmiş F.-dür. Zәrb olunduğu dövrdә F.-ün çәkisi 1–9 q (әsasәn, 1,5–5 q) arasında dәyişmişdir. Pulun üzәrindә Qurandan ayәlәr, kәsildiyi yer vә tarix, xәlifәnin adı vә s. göstәrilmişdir. Üzәrindәki yazılar baxımından 9–10 әsrlәrdә kәsilәn F.-lә dirhәm arasında oxşarlıq olmuş, 48 F. 1 dirhәmә bәrabәr sayılmışdır. 11 әsrdәn “F.” adına nadir hallarda rast gәlinir. “F.” sözünün cәmi әrәb dilindә “fülus” kimi sәslәndiyindәn orta әsrlәrdә islam dövlәtlәrinin әksәriyyәti mis pulları “fülus” adlandırırdılar. Sonralar “fülus” әrәb dilindә “pul” mәnasında işlәdilirdi.