Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÜMAN

    FÜMAN (Fühmann) Frans [15.1.1922, indiki Çexiya, Rokitnitse – 8.7.1984, Almaniya Demokratik Respublikası, (ADR) Şәrqi Berlin] – alman yazıçısı. ADR İncәsәnәt Akademiyasının üzvü (1961). Aptekçi ailәsindә doğulmuşdur. Sistemli tәhsil almamışdır. 1941 ildә Vermaxt ordusuna çağırılmış, Yunanıstanda vә SSRİ әrazisindә gedәn döyüşlәrdә iştirak etmişdir; 1945 ildә sovet qoşunları tәrәfindәn әsir götürülmüşdür. 1949 ildә ADR-ә repatriasiya olunmuşdur; Şәrqi Berlindә yaşamış, jurnalist kimi fәaliyyәt göstәrmişdir. Ədәbi debütü “Stalinqrada sәfәr” (1953) poeması ilә olmuşdur. “Alay dostları” (1955), “Barlax Güstrovda” (1963) vә s. povestlәri, “Yәhudi avtomobili” (1962), “Çar Edip” (1966), “Dionisinin qulağı” (1985) hekayә vә povest topluları var. Yüksәk insanpәrvәrlik ruhu, faşizmin faciәsini dәrk etmәyә çağırış F. yaradıcılığının әsas xüsusiyyәtlәridir. “İyirmi iki gün, yaxud ömrün yarısı” (1976) adlı xatirәlәr kitabının, uşaqlar üçün әsәrlәrin, oçerklәrin, reportajların, esse vә tәrcümәlәrin müәllifidir. Bir sıra әsәri ekranlaşdırılmışdır.

    Ə s ә r l ә r i: Избранное. М., 1973.

    Əd.: R i c h t e r H. F.Fühmann, ein deutsches Dichterleben. B., 1992.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN