FÜN (Fyn) – Baltika dәnizindә, Danimarka arxipelaqında ada. Danimarkaya mәxsusdur. Sah. 2984,5 km2. Əh. tәqr. 496,2 min (2018). Sәthi tәpәli moren düzәnliyidir (hünd. 131 m-әdәk). Sahillәri alçaqdır, buxtalarla parçalanmışdır. Heyvandarlıq inkişaf etmişdir. Arpa, buğda, şәkәr çuğunduru vә s. әkilir. Əsas şәhәri Odensedir. Yutlandiya y-a ilә Kiçik Belt boğazı üzәrindәn körpü, yaxınlıqdakı adalarla (Zelandiya a. vә s.) bәrә әlaqәsi var.
Fün adası. Egeskov qәsri. 16 әsr.