FÜNÉS (Funés) Lui de (әsl adı vә soyadı Lui Jermen David de Fünes de Qalarsa, de Funés de Galarza) (31.7.1914, Kurbevua – 27.1.1983, Nant) – fransız aktyoru. 1933–34 illәrdә kabaredә çıxış etmiş, tapyor vә caz-pianoçu işlәmişdir. 1943 ildә R.Simonun (Paris) dram kurslarını bitirmişdir. 1946 ildәn kinoda çәkilmişdir (“Barbizon nәfsi”). İlk addımlarından özünü komik ampluada göstәrmişdir (“Bonifas-somnambul”, “Onlar beş nәfәr idilәr”, “Atam, anam, qulluqçu vә mәn”, “Tutulmayan oğru deyil”). Fransanın әn populyar aktyorlarından biri olmuş, özündәnrazı, avantürizmә meyilli, әsәbi, әtiacı, emosional, hәmişә piş vәziyyәtә düşәn subyektin maskasını yaratmışdır: “Şeytan vә on dini hәdis”, “Sen-Tropeli jandarm”, “Fantomas” (1964), “Cәnab Krüşo Nyu-Yorkda” (1965), “Maymaq” (1965), “Bö- yük gәzinti” (1966), “Cәnab Septimin restoranı” (1966), “Böyük tәtillәr” (1967), “Oskar” (1967), “Jandarm evlәnir” (1968), “Balaca üzgüçü” (1968), “Orkestr adam” (1970), “Ravvin Yakovun macәraları” (1973), “Jandarm vә yadplanetlilәr” (1979), “Jandarm vә jandarm qadınlar” (1982) vә s. 1980 ildә “Xәsis” filmini çәkmişdir (J.Jiro ilә birgә; baş rolu ifa etmişdir; Sezar mükafatı). Fәxri Legion ordeni ilә tәltif edilmişdir (1973).
Lui de Fünes “Jandarm vә yadplanetlilәr” filmindә. 1979.