FÜRNÓ (Furneaux) – Tasmaniya a.-ndan şm.-da, Bass boğazının ş. hissәsindә adalar qrupu. Nisbәtәn iri adaları: Flinders, Keyp-Barren, Klark. Avstraliyanın mülküdür. Sah. 2,7 min km2. Q. sahillәri sıldırım qayalıqlar, ş. sahillәri qumlu çimәrliklәrdir; adaların daxili hissәlәri dağlıqdır (hünd. 777 m-әdәk; Flinders a.-nda). İqlimi subtropik okean tiplidir. Dağların yamaclarında evkalipt meşәlәri, düzәnliklәrdә ot bitkilәri vә seyrәk kollardır. Qoyunçuluq inkişaf etmişdir. Adalar 1773 ildә ingilis dәnizçisi T.Fürno tәrәfindәn kәşf edilmişdir.
Fürno. Flinders adasının sahillәri.