Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÜSTEL DE KULANJ

    FÜSTEL DE KULANJ (Fustel de Coulanges) Nüma Deni (18.3.1830, Paris – 12.9.1889, Masi) – fransız tarixçisi, qәdim dövr vә orta әsrlәr tarixi üzrә mütәxәssis. Ali normal mәktәbi bitirmiş (1853), sonra oranın müәllimi (1870–80) vә direktoru (1880–83) olmuşdur. Xiosda arxeoloji qazıntılar aparmış, qәdim yunan ailәsinin tarixini tәdqiq etmişdir. 1858 ildә Polibi haqqında, daha sonra Vesta kultuna dair (lat.) dissertasiya müdafiә etmişdir. 1860 ildәn Strasburq Un-tinin prof.-u olmuş, 1864 ildә “Qәdim insanlarda ailә vә dövlәt” [sonrakı nәşrlәrdә “Qәdim şәhәr” (“La Cite antique”) adlandırılmışdır] mәşhur әsәrini yazmışdır. Kitab dәfәlәrlә nәşr olunmuşdur. 1875 ildә Əxlaqi vә siyasi elmlәr akademiyasına üzv seçilmiş, 1878 ildәn Sorbonnada orta әsrlәr tarixi kafedrasının müdiri olmuşdur. Əsas elmi әsәri olan “Qәdim Fransanın siyasi institutları” (“L’Histoire des institutions politiques de l’ancienne France”, 1875–1892) tamamlanmamışdır; bәzi cildlәri şagirdi K. Jüllian (1859–1933) tәrәfindәn çapa hazırlanmışdır. F. de K. frankların müdaxilәsinin ictimai münasibәtlәrdә çevrilişә sәbәb olmasını, hәmçinin müdaxilәnin özünü dә inkar edirdi. Onun fikrincә, frankların Qalliyada mәskunlaşması zamanı onlar artıq әsaslı şәkildә romanlaşdırılmışdılar. F. de K. hesab edirdi ki, feodal münasibәtlәrinin mәnbәyini Roma imperiyasının son dövr institutlarında axtarmaq lazımdır. Onun ideyaları müasirlәri tәrәfindәn inkar olunsa da, sonrakı tarixşünaslıqda mühüm rol oynamışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN