Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÜTÜVVƏT

    FÜTÜVVƏT (فتوت) – gәnclik, qәhrәmanlıq, comәrdlik) – yüksәk mәnәvi-әxlaqi keyfiyyәtlәri ifadә edәn sufi anlayışı; müsәlman Şәrqindә hәmin anlayış әsasında formalaşmış ictimai, iqtisadi vә siyasi tәşkilat. F. cahiliyyә dövrü әrәb cәmiyyәtindәki fәta (mәrd, xeyirxah vә sәxavәtli insan) tipindәn islam dövründә formalaşmış F. tәşkilatına, bu tәşkilatın sufiliklә birlәşәrәk yeni mahiyyәt qazanmasına, daha sonra әxiliyә çevrilmәsinә qәdәr müxtәlif mәrhәlәlәrdәn keçmişdir.

    F.-in islamaqәdәrki “fәta” anlayışı ilә bağlılığı olsa da, bilavasitә onun davamı hesab edilmir. İslam dövrü F.-i islamın yayılma arealının genişlәnmәsi, yeni mәdәniyyәtlәrlә qaynayıb-qarışma, elәcә dә siyasi vә ictimai hadisәlәrin cәmiyyәtdә doğurduğu böhranlarla әlaqәdar olaraq Əmәvilәr dövrünün [661–750] ortalarına doğru meydana çıxmışdı. 8–9 әsrlәrdә şәhәrlәrdә, әsasәn qeyri-әrәb mühitindә yayılan, özlәrini “fityan” (әr. fәta – gәnc sözünün cәmi) adlandıran, mәrkәzi hakimiyyәtin zәiflәdiyi vaxtlarda siyasi vә ictimai hәyatda müәyyәn rol oynayan, bir sıra şәrqşünas tәrәfindәn Qәdim İranın Mitra kultuna bağlı gәnclәr tәşkilatının bәnzәri (böyük ehtimalla xәlәfi) kimi qiymәtlәndirilәn gәnc vә subay kişilәrdәn ibarәt birliklәr formalaşmışdı. Ehtimal ki, F.-in mahiyyәtcә tәsәvvüf tәliminә yaxınlığı, elәcә dә fityan qruplarının cәmiyyәtdә nüfuz sahibi olması formalaşmaqda olan tәsәvvüf axınını özünә çәkmişdir. Belәliklә, Xorasan mәlamәtilәri vә İraq sufilәri “F.” anlayışını әxz edәrәk, ona sırf islami mahiyyәt qazandırmışlar. Onlar humanizm ideyalarını F. çәrçivәsindә inkişaf etdirmiş, tәmәl әxlaqi dәyәrlәri vә fәzilәtlәri F.-ә әlavә edәrәk, onu tәsәvvüfün әsas anlayışlarından birinә çevirmişlәr. F.-dәn bәhs edәn әn mәşhur Xorasan sufilәri Əhmәd ibn Hәzrәveyh, Əbu Hәfs әl-Hәddad, Əbu Turab Nәxşәbi vә b., әn mәşhur İraq sufilәri isә Mәruf Kәrxi, Cüneyd Bağdadi, Haris Mühasibi, Sәhl ibn Abdullah Tüstәri vә b. idi. Sufi mәnbәlәrinә görә, F.-dәn yeni anlamda ilk dәfә Cәfәr әs-Sadiq (8 әsr) bәhs etmişdir. F.-in әnәnәvi şücaәt vә sәxavәt anlayışından fәrqlәnәn sufi interpretasiyası Allaha bağlılıq, özünütanıma, sevgi, humanizm, qarşılıqsız fәdakarlıq, tolerantlıq kimi müsbәt keyfiyyәtlәri ehtiva edirdi.

    Sufiliklә paralel tәşkilatlanan F.-in getdikcә qardaşlığa çevrilmәsi, әsnaf zümrәsinә nüfuz etmәsi, hәr sәnәtin bir piri inancının formalaşması, F. әhlinin özünәmәxsus zahiri fәrqliliklәri [şәd (bel qurşağı) bağlamaq, şalvar geyinmәk, şürb (duzlu su) içmәk] sonralar bu tәşkilatın sufilikdәn fәrqli bir mahiyyәt qazanmasına sәbәb oldu. Əksәr sufi tәriqәtlәri kimi F. ardıcılları da öz silsilәlәrini Əli ibn Əbu Talibә bağlayır, “Əlidәn başqa comәrd yoxdur” hәdisinә әsasәn onu pir vә baş fәta kimi qәbul edirdilәr. Tәşkilatdaxili әxlaq vә davranış normaları fütüvvәtnamәlәrdә әksini tapırdı. Bu tip әsәrlәrin ilk nümunәsi Ş.Sührәvәrdinin “Risalәtül-fütüvvә”sidir.

    Abbasi xәlifәsi Nasir [1180–1225] mәrkәzi hakimiyyәti güclәndirmәk vә nüfuzlu alternativ qüvvәnin tәhdidini siyasi vә ictimai dәstәyә çevirmәk mәqsәdilә hәmin dövrdә artıq, demәk olar ki, bütün Yaxın Şәrqdә yayılmış F. birliklәrini rәsmilәşdirmәk qәrarına gәldi vә özü dә tәşkilata daxil oldu. Bir tәrәfdәn sünniliklә şiәliyin, digәr tәrәfdәn F.-lә sufiliyin birgә dinc yaşayışını dәstәklәyәn Ş.Sührәvәrdinin mәslәhәtlәri sayәsindә siyasi kursunu mәzhәblәrә qarşı әdalәt prinsipi üzәrindә quran Nasir xilafәtdә xeyli dәrәcәdә mәzhәblәrarası sülhә nail oldu. Nasirin digәr müsәlman hökmdarlarını tәşkilata dәvәti çәrçivәsindә Konya sultanı I Qiyasәddin Keyxosrovun [1205–11], ondan sonra I İzzәddin Keykavus [1211–20] vә I Əlaәddin Keyqubadın [1220–37] tәşkilata daxil olması ilә F. Anadoluya yayıldı vә sonralar әxiliyin mәrkәzlәşmiş tәşkilata çevrilmәsindә böyük rol oynadı. 1258 ildә Abbasilәr xilafәtinin süqutu ilә F.tәşkilatının siyasi vә ictimai nüfuzuna son qoyuldu. Bax hәmçinin Əxilik.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN