FÜZELYÁJ (fr. fuzelage; fuzelé – milәoxşar, fuseau – mil, iy) – uçuş aparatında qanadların, quyruq hissәsinin, şassinin birlәşdirildiyi gövdә. F.-da idarәedici heyәt (ekipaj) vә sәrnişinlәr üçün kabinәlәr, yük yığılan bölmәlәr vә müvafiq avadanlıqlar yerlәşir; uçuş aparatının bir çox növlәrindә, hәmçinin mühәrrik vә yanacaq çәnlәri dә olur. F.-ın konstruksiyası qüvvә dәsti (lonjeron, stringer, şpanhout) vә örtüdәn ibarәtdir. Raket texnikasında “F.” termini әvәzinә “gövdә” termini dә işlәdilir.