FYELDLƏR, F y e l d d a ğ l a r ı (norveç dilindә fjell) – Skandinaviya d-rında ayrı-ayrı massivlәrin qabarıq buzlaq sәthi, yaxud tundra bitkilәri ilә örtülü, platoyabәnzәr zirvә sәthi; çox vaxt onların üzәrindә iti piklәr – nunataklar ucalır. Massivlәr arası çökәkliklәrdә çoxsaylı göllәr, bataqlıqlar var.