Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FYÓDOROV İvan 

    FYÓDOROV İvan (Fyodorun oğlu İvan; tәqr. 1510–15.12.1583, Reç Pospolita, Lvov; Onufri monastırında dәfn edilmişdir) – ilk rus vә şәrqi slavyan çapçısı, maarifçi. Moskvada ilk rus dövlәt mәtbәәsinә rәhbәrlik etmiş (1563–65), P.Mstislavetslә birlikdә dәqiq tarixi göstәrilmiş ilk rus çap kitabı “Apostol”u (19.4.1563–1.3.1564) nәşr etmişdir. O, kitab tәrtibatında sonralar geniş istifadә olunan vә köhnә çap üsulu adlandırılan yeni üsul icad etmişdir.

    Dövlәt mәmurları vә bәzi kilsә xadimlәri tәrәfindәn tәqib olunan F. 1566 ildә Böyük Litva knyazlığına köçmüş, Zabludovoda (indiki Polşanın Zabluduv ş.) getman Q.A.Xodkeviçin malikanәsindә yeni mәtbәә açaraq, 1568–70 illәrdә daha bir neçә dini kitab buraxmışdır. 1572 ildә Qalisiyaya köçәn F. Lvovda yenidәn “Apostol”u(25.2.1573–15.2.1574; indiki Ukrayna әrazisindә dәqiq tarixi göstәrilmiş ilk kitab), hәmçinin çap üsulu ilә ilk şәrqi slavyan dәrsliyini – “Azbuka”nı (1574) nәşr etmişdir.

    1575 ildәn knyaz K.K.Ostrojskinin yanında xidmәt edәn F. Ostroq ş.-ndә mәtbәә müdiri (1578–81) olmuş, burada 1580– 81 illәrdә Kirill әlifbası şriftlәri ilә İncili (Ostroq İncili) çap etmişdir. Onun 1581 ildә buraxdığı şair A. Rimşinin Xronologiyası (yeganә nüsxәsi S.-Peterburqdadır) әslindә ilk çap olunmuş tәqvim idi; tәqvimdә müәyyәn tarixi hadisәlәr haqqında qısa mәlumatlar da verilmişdir.

    F. hәrtәrәfli inkişaf etmiş sәnәtkar olmuş, şriftlәri özü hazırlamış, hәtta tökmә üsulu ilә top da düzәltmişdir. 1983 ildә F.-un ölümünün 400 illiyi geniş qeyd edilmiş, hәmin ili YUNESKO F. ili elan etmişdir. Moskvada (1909, heykәltәraş S.M.Volnuxin) vә Lvovda (1977, heykәltәraşlar V.N.Borisenko vә V.M.Podolski) heykәllәri qoyulmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN