FYÓDOROV İvan (? – 1733) – rus dәniz sәyyahı. 1731 ildә “Müqәddәs Qavriil” gәmisindә tәşkil edilmiş ekspedisiya tәrkibindә Bolşeredskdәn Nijnekamçatska, 1732 ildә (artıq gәmi komandiri kimi) oradan Dejnyov burnu r-nuna gәlmiş, Ratmanov vә Kruzenştern a-rını tәdqiq etmişdir. Berinq boğazının Amerika sahillәrini ilk dәfә xәritәyә F. köçürmüşdür.