FYÓDOROV Sergey Filippoviç (13.7.1896, Moskva qub.-nın Ulyevo k. – 6.1. 1970, Moskva) – rus neftçi-geoloqu, SSRİ EA m. üzvü (1939). SSRİ Dövlәt mükafatı laureatı (1950, 1952). Moskva Mәdәn Akademiyasını bitirdikdәn (1924) sonra orada dәrs demişdir. 1934–56 illәrdә İ.M. Qubkin ad. Moskva Neft İn-tunun neft geologiyası kafedrasının müdiri vә prof.-u; eyni zamanda müxtәlif neft elmi-tәdqiqat in-tlarında çalışmışdır. Əsas işlәri Şimali Qafqaz vә Azәrb.-da neft vә qazın geologiyası üzrәdir. Palçıq vulkanizminin tәdqiqi metodikasını işlәmiş, neft vә qazın axtarışını әsaslandıran proqnoz xәritәlәr tәrtib etmişdir. F.-un rәhbәrliyi altında Volqa-Ural neftli-qazlı vil.-ndә bir neçә neft yatağı kәşf olunmuşdur. Lenin ordeni vә digәr orden vә medallarla tәltif edilmişdir.