FYON (alm. Föhn, lat. Favonius – isti qәrb külәyi) – vaxtaşırı dağlardan dәrәlәrә әsәn, temp-ru yüksәk vә nisbi rütubәti alçaq olan güclü külәk. F.-un bu xüsusiyyәtlәri, onun dağ yamacı boyu aşağı hәrәkәti zamanı adiabatik qızması (bax Adiabatik proses) ilә izah olunur. F., adәtәn bir, bәzәn dә 5 günәdәk davam edir. Bir çox dağlıq r-nlarda, o cümlәdәn Azәrb.-da müşahidә olunur.