FYORDLAR, F i o r d l a r (Norveç dilindә fjord) – dağlıq sahildә dar, girintili-çıxıntılı vә dәrin körfәzlәr. Yamacları dikdir. Uzunluqları enlәrindәn dәfәlәrlә çox olur. Ən mәşhur Soqne-fyordun uz. 204 km, eni 6 km-әdәk, dәrinliyi 1208 m-ә qәdәrdir. F. açıq dәnizdәn sualtı astanalarla ayrılır. F. dağ buzlaqlarının tәsirindәn yaranmış qәdim erozion vә ya tektonik dәrәlәr olub, buzlaqdan sonrakı transqressiya zamanı su ilә dolmuşdur. F.-a yüksәk en dairәlәrindә, Pleystosen buzlaqlarının inkişaf etdiyi vә müasir buzlaqlar olan yerlәrdә tәsadüf edilir (Norveç, Qrenlandiya, Kanada vә Şpitsbergen arxipelaqları, Taymır vә Çukot y-a-ları sahillәri vә s.).
Geyranger fyordu. Norveç.