FYÓRDLEND MİLLİ PARKI – Yeni Zelandiyada, Cәnub a.-nın c.-q. kәnarındadır. Sah. 1,2 mln. ha-dan çoxdur (ölkәdә әn iri). 1904 ildә sahilyanı yüksәk dağlıq (hünd. 2460 m-әdәk) әrazidә yaradılmışdır. Tipik buzlaq relyefi, çoxsaylı dәrin fyordlar vә şәlalәlәr sәciyyәvidir. Fıstıq meşәlәri üstünlük tәşkil edir, endemik bitki növlәri var. Faunası: sığın, maral, dağkeçisi, nadir quş növlәri (takaxe, kakapo). Sahildә suiti yataqları var.
Fyordlend Milli Parkı.