Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FYÙÇERS

    FYÙÇERS (ing. futures – әvvәlcәdәn alınmış әmtәә, future – gәlәcәk), f y u ç e r s   s a z i ş i – baza aktivinin standart miqdarının tәyin olunmuş tarixdә, saziş bağlanan zaman müәyyәn edilmiş qiymәtlә alqı-satqısı üçün icrası icbari olan saziş. Baza aktivi qiymәtinin dәyişmәsi risklәrini heçlәmәsi üçün vә ehtikarlıq mәqsәdilә istifadә olunur.

    F.-in spesifikasiyasında baza aktivinin parametrlәri (kәmiyyәt, keyfiyyәt, qablaşdırma, markalama vә s.), adı, növü, ölçüsü, dövriyyә müddәti, tәdarük (icra) tarixi, qiymәtin minimum dәyişmәsi vә s. müәyyәn olunur. Saziş bağlandıqdan sonra F. tәrәflәrdәn biri birja (hesablama/klirinq palatası şәklindә) olmaqla alqı sazişi vә satqı sazişinә ayrılır; tәrәflәr F. yerinә yetirilәnә qәdәr birjanın qarşısında öhdәlik daşıyır, hәr F. üzrә mövqe açıldıqda birja hәrrac iştirakçılarından öhdәliyin yerinә yetirilmәmәsi riskini minimuma endirmәk üçün zәmanәt tәminatı (depozit, yaxud ilkin marja) alır. F.-in icrası onun fәaliyyәt müddәti bitdiyi zaman icra günündә tәsbit olunmuş hesablaşma qiymәti ilә yerinә yetirilir. Birja sövdә üzrә tәrәf kimi öhdәliyini F. icra olunduğu andan dayandırır.

    İcra üsuluna görә tәdarük olunan (icra tarixinә qәdәr alıcı spesifikada müәyyәn olunmuş miqdarda baza aktivini hesablaşma qiymәtinә almalı, satıcı isә hәmin şәrtlә satmalıdır; icra tarixindә satıcıda aktiv olmazsa cәrimә sanksiyaları tәtbiq olunur) vә tәdarük olunmayan, yaxud hesablaşma (icra tarixi çatdıqda tәrәflәr arasında dәyişәn marja mәblәğindә pul hesablaşmaları aparılır) F.-lәri fәrqlәnir. Tәdarük olunmayan F.-lәr daha geniş yayılmışdır.

    Rәsmi F. bazarları (ilk vaxtlar k.t. mәhsulları vә qiymәtli metalları üçün) 19 әsrin ortalarında ABŞ-da meydana gәlmişdir. 1970-ci illәrdә – fond indekslәri vә ipoteka qiymәtli kağızları, 1978 ildәn – odluq mazut, 1980-ci illәrin әvvәlllәrindәn – neft vә neft mәhsulları F.-lәri yaranmışdır. Bakı fond birjasında fond indekslәri, daxili vә xarici sәhmlәr, törәmә maliyyә alәtlәri, neft vә neft mәhsulları, qiymәtli metallar vә k.t. mәhsullarının F.-lәri dövriyyәdәdir. F. ticarәti üzrә әn iri birjalar: Chicago Mercantile Exchange, London International Financial Futures and Options Exchange, Eurex, Chicago Board of Trade. Dünyada F. üzrә açıq mövqelәrin hәcmi 2016 ildә 25443 mlrd. dollar olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN