G - müasir Azərb. əlifbasının “ge” adlanan doqquzuncu hərfi. Azərb. ədəbi dilində bu hərflə ifadə olunan dilortası, partlayan, cingiltili, kipləşən, saf, ağız samitinin işarəsidir. Ərəb qrafikalı Azərb. əlifbasın- da “ گ” şəklində, Kirill qrafikalı Azərb. əlifbasında isə “Ҝ” (böyük, çap şəkli; yazı şəkli - K) və “к” (kiçik, çap şəkli; yazı şəkli - к) kimi yazılaraq, “ge” adlanmışdır. Latın qrafikalı müasir Azərb. əlifbasında yazılış şəkli belədir: böyük - G (çap), g (əlyazma); kiçik - g (çap),/- (əlyazma). Azərb. dilində sözün əvvəlində (gül, gavalı, getmək), ortasında (şagird, agah, səngər) və sonunda (ahəng, zəng, tüfəng) işlənir.
Əd.: Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Fonetika, orfoepiya, orfoqrafiya. B., 2007.