GABUT - İrəvan qub.-nın Şərur-Dərələyəz qəzasında (15.10.1931 ildən Paşalı, 12.10.1956 ildən Əzizbəyov, 19.4.1991 ildən Vayk r-nu) azərb.-ların yaşadığı kənd. 1918 ildə erməni-daşnak qüvvələri kəndi dağıtmış, yandırmış, əhalisini qovmuşlar. Bölgədə sovet hakimiyyəti qurulduqdan sonra əhali geri dönərək kəndi bərpa etmişdir. 1988 ildə kəndin əhalisi ermənilər tərəfindən yenidən təcavüvə məruz qalaraq, doğma kəndlərindən zorla çıxarılmışdır. Kənddə 10-15 əsrlərə aid tarixi abidələrin qalıqları var idi.