GAL (2003 ilədək Qal) - Azərb. Resp. Culfa r-nunun (Nax. MR) Şurud ə.d.-ndə kənd. R-n mərkəzindən 26 km şm.-ş.-də, İlandağın ətəyindədir. Əh. 179 (2017); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, klub, 2 kitabxana, feldşer-mama məntəqəsi, rabitə şöbəsi var. Kəndin şm.-ş.-ində orta əsrlərə aid İlandağ yaşayış yeri var.