GAMIŞ - Azərb. Resp.-nda, Murovdağ silsiləsində dağ. Kiçik Qafqazın ən yüksək zirvəsi. Kəlbəcər və Goranboy r-nları sərhədindədir. Hünd. 3724 m. Yura sisteminin süxurlarından ibarətdir. C. yamacında göl (Qaragöl), şm. yamacında qədim buzlaq relyefi formaları və Alp çəmənləri var.