GARIS ƏYRİBƏND - Azərb. Resp. Kürdəmir r-nunun Karrar kənd ə.d.-ndə kənd. R-n mərkəzindən 20 km c.-ş.-də, Girdiman çayının sahilində, Şirvan düzündədir. Əh. 842 (2017); pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, tibb məntəqəsi var.