GAUROV Nikolay (13.9.1929, Bolqa rıstan, Velinqrad - 2.6.2004, İtaliya, Modena) - bolqar müğənnisi (bas). Sofiya konservatoriyasında X. Brimbarovdan dərs almış, 1955 ildə Moskva konservatoriyasını (A.İ.Baturin və R.Y.Alpert-Xasinanın sinfini) bitirmişdir. Müğənnilərin Parisdə keçirilən Beynəlxalq müsabiqəsinin (1955) baş mükafatına layiq görülmüşdür. Debütü Sofiya xalq operasında C.Rossininin “Sevilya bərbəri” operasında Don Bazilio partiyası ilə olmuş (1955), bu teatrın solisti kimi çalışmışdır. Vyana Dövlət Operasında, “Teatro Komunale” (Bolonya), “La Skala” (Milan), “Kovent-Qarden” (London), “Metropoliten-opera” (Nyu-York), Paris operasında və dünyanın başqa aparıcı opera teatrlarında oxumuşdur. Ən yaxşı partiyaları: Boris Qodunov, İvan Xovanski (“Boris Qodunov”, “Xovanşina”, M.P. Musorqski), II Filipp (“Don Karlos”, C.Verdi), Mefistofel, Don Kixot (A.Boyto və İ.Massnenin eyniadlı operaları). İtalyan müğənnisi M.Freni (həyat yoldaşı) ilə birgə çıxışlar etmişdir.