GAVAHIN (1992 ilədək Gavahan) - Azərb. Resp. Xocavənd r-nunda kənd. Gavahın ə.d.-nin (Gavahın, Ağbulaq k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 17 km q.-də, Qarabağ silsiləsinin şm.-ş. ətəyindədir. İşğaldan (1992, oktyabr) əvvəl əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Əsas məktəb, klub, kitabxana, tibb məntəqəsi, rabitə qovşağı var idi.