GAVAHIN - kotanda işlək hissə; torpaq layını kəsib qaldırmaq və kotanın laydırına yönəltmək üçündür. G. baltaşəkilli, düz tiyəli trapesiyaşəkilli və ya siyirtmə baltalı (dərin yerlər üçün) və s. olur. Uzunömürlü olması üçün G.-ın tiyəsinə çox vaxt bərk ərinti lehimləyirlər; belə tiyə öz-özünə itilənmək xüsusiyyətinə malikdir.