GAVALI (Prunus) - gülçiçəklilər fəsiləsinin gavalı yarımfəsiləsindən ağac və kol cinsi. Çəyirdəkli meyvə bitkisi. Hünd. 312 m-dir. Budaqları tikanlı, yaxud tikansız olur. Gövdəsi qəhvəyi rənglidir. Yarpaqları dəyirmi, ellipsvarı, növbəli düzülüşlüdür. Çiçəkləri ağ, çəhrayı, tək-tək və ya topa ilə yerləşir. Yazda yarpaqlamadan əvvəl, yaxud yarpaqlarla birlikdə açılır. Meyvəsi sari, yaşıl, qırmızı, al-qırmızı, maviyəçalan mum örtüklü, göyümtül-qara rəngli, yandan şırımlıdır. Kütləsi 6-100 q-dır. Çəyirdəyi lətindən asanlıqla ayrılır, bəzən ayrılmır. Cənub-Qərbi Avstraliyada, Şimali və Cənubi Afrikada, qismən Şərqi Asiyada, Şimal-Qərbi Hindistanda, Şimali Amerikada 30-dan artıq növü yayılmışdır. Azərb.-da 5 növü məlumdur. Bu cinsə mənsub 10 sort G. (sarı Albuxara, Xatını, Şaftalı G.-sı, adi Vengerka, Anna Şpet, Elsevər, Aleksandr Düma, Altan renklodu, İtaliya vengerkası) r-nlaşdırılmışdır. Ən əhəmiyyətli növü adi G.-dır (P. domestica). Meyvəsi çox şirin (20% şəkər), üzvi turşular, B1, B2, C, K, PP vitaminləri ilə zəngindir. Bu növün 2000-ədək sortu var. Təzə halda yeyilir, qurudulur, mürəbbə və şirə hazırlanır. Bəzək bağçılığında Pissard G.- sı (P. pissardii) əhəmiyyətlidir. Zərərveri- ciləri: gavalı meyvəyeyəni, sarı və qara gavalı mişarçısı, yemişan kəpənəyi, çanaqlı yastıca və s. Xəstəlikləri: çəyirdəkli bitkilərin boz çürüməsi, serkosporoz, gavalının pas xəstəliyi və s.
Əd.: Dendrologiya, səh.120-121; Azərb. florası, 5-ci cild, səh. 176.
Adi gavalı (P. domestica).