Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GAVALI MEYVƏYEYƏNİ

    GAVALI MEYVƏYEYƏNİ (Laspeyresia funebrana) - kəpənəklər dəstəsinin yarpaqbükənlər fəsiləsindən kəpənək. Uz. 5-8 mm, açılmış halda qanadlarının uz. 12-17 mm-dir. Bədəni üst tərəfdən boz, alt tərəfdən tutqun rəngdədir. Ön qanadları üzərində köndələninə dalğavarı xətt uzanır; qanadının zirvələri açıq rəngli olub üzərində bir neçə qara xətt var. Girdə, ag rəngli yumurtasının böyüklüyü 1 mm-ə yaxındır. Tırtılı ilk yaşlarda ağımtıl, sonra isə çəhrayı olur. 1-ci buğumunda xitinləşmiş sahə vardır. Pup mərhələsində açıq - qəhvəyi rəngdə, uz. 6-7 mm olur. Azərb.-ın bütün r-nlarında geniş yayılmışdır. Çəyirdəkli meyvələrə (göyəm, alça, ərik, şaftalı), xüsusilə gavalıya ciddi zərər vurur. Erkən yazda (temp-r 15-17°C-yə çatanda) tırtılları puplaşmağa başlayır. Bərk barama içərisində qışlayır; çox hissəsi ağacların qopmuş qabıqları altında, qabıq çatlarında və bəzən torpağın üst qatlarında yaşayır. Kəpənəklərin puplardan uçması gavalı ağaclarının çiçəkləməsindən sonraya düşür. Uçuş 1 ay davam edir. Hər dişi kəpənək 8­15 gün yaşayır və 40-70 yumurta qoyur. Yumurtalar, əsasən meyvələr, cüzi miqdarda yarpaqlar üzərinə qoyulur; rüşeymin inkişafı 5-9 gün çəkir. Yumurtadan çıxan kiçik tırtıllar meyvəni üst tərəfdən (çox vaxt saplağa yaxın yerlərdən) gəmirərək onun içərisinə girir. Zədələnmiş meyvələr inkişafdan qalıb, bənövşəyi rəng alaraq tökülürlər. Tırtılın qidalanması təqr. 30 gün davam edir. İnkişafı bitmiş tırtıllar meyvənin içərisindən çıxaraq torpağa girir və orada puplaşır. 10-12 gündən sonra puplardan ikinci nəslin kəpənəkləri uçmağa başlayır. G.m. ildə 2 nəsil verir. Mübarizə tədbirləri: ən effektiv üsul - ağacları xlorofos, sevin, ro qorla işləmək.

    Əd.: Вредители и болезни плодовых и ягод­ных культур, стр .48.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN