GAVALIKİMİLƏR, b a d a m k i m i l ә r (Prunoideae, Amygdaloideae) – gülçiçәklilәr fәsilәsinin yarımfәsilәsi. Bura aid edilәn bitkilәrin çiçәyi 10–20 (bәzәn daha çox) erkәkcikli olur. Erkәkciklәr әyilmiş çiçәk yatağı әtrafına birlәşir. Əksәriyyәtindә meyvә yarpaqları tәkdir. Meyvәsi şirәli, әtli, çәyirdәklidir. G.-ә әrik, şaftalı, albalı, gavalı, göyәm, alça, badam, dәfnәgilәnar vә s. meyvә bitkilәri aiddir.