GAVBARİ, Q a v b a r i – Azәrb.-da tarixi әrazi, çöl. Fәzlullah Rәşiddәdin, Hәmdullah Qәzvini vә b.-nın әsәrlәrindә adı çәkilir. Muğanda Xәzәr dәnizi yaxınlığında yerlәşirdi. Ov heyvanları vә quşlarla zәngin olan G. Hülaku hökmdarlarının ovlağı idi. Qazan xan [1295–1304] dövründә G.-dә Mahmudabad ş. salınmışdı.