GAVUR QALASI – İrәvan xanlığının Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Böyük Vedi k.-ndә qәdim qala. Kәndin şm. qurtaracağındakı Sarıdolama tәpәsinin üzәrindә dövrә vuran silsilә qayalıqlardan ibarәt idi. Qalanın böyük meydanının bir tәrәfindәki mağara Divlәr otağı, digәr mağara Göyәrçinlәr otağı adlanırdı. Qalanın düzәnliyә açılan hissәsindә isә qayalar üzәrindә iri daşlarla hörülmüş qәdim müdafiә istehkamı dururdu. G.q.-nın Ağdağ d.-na doğru uzanan hissәsi narın qumla örtülmüşdü vә bura Qumluca adlanırdı. Qalanın günbatan tәrәfindә Qoturbulaq dәrәsi yerlәşirdi.