Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GE Nikolay Nikolayeviç 

    GE Nikolay Nikolayeviç (15.2.1831, Voronej – 1.6.1894, Çerniqov vil.-nin İvanov xutoru) – rus boyakarı. Prof. (1863). Peterburq Rәssamlıq Akademiyasının üzvü (1872–91). Fransız mühacirin nәticәsidir. Kiyev vә S.-Peterburq un-tlәrindә (1847– 49, riyaziyyat fakültәsindә), Peterburq Rәssamlıq Akademiyasında (1850–57) tәhsil almışdır. G. Peredvijniklәr cәmiyyәtinin (1870–1923) yaradıcılarındandır. İtaliya Rәssamlıq Akademiyasının tәqaüdçüsü (1857–63) olmuş, hәmçinin Almaniya, Fransa, İsveçrә vә Florensiyaya getmişdir; 1857–59 illәrdә İtaliyada yaşamışdır (A.A. İvanovla burada tanış olmuşdur). Erkәn yaradıcılığında K.P.Bryulovun tәsiri duyulur (“Aendorlu cadugәr qadın Samuilin kölgәsini çağırır”, 1856, Dövlәt Rus Muzeyi). İtaliyada qәdim Roma tarixinә dair süjetlәrә müraciәt etmiş, peyzajlar işlәmişdir. A.A.İvanovun yaradıcılığı onu İncil mövzularında işlәmәyә ruhlandırmışdır [“İsanın göylәrә çәkilmәsi”, (1859); “İsa Gefsiman bağında”, (1869–80) rәsmlәrinin eskizlәri, Dövlәt Tretyakov Qalereyasında]. Dini mövzudakı “Mәxfi gecә” tablosu ictimaiyyәtdә böyük tәәssürat yaratmışdır. 1871 ildәn tarixi mövzuya (“I Pyotr şahzadә Alekseyi Peterqofda dindirir”, “II Yekaterina imperatriçә Yelizavetanın qәbri önündә”, 1874, hәr ikisi Dövlәt Tretyakov Qalereyasında; “Puşkin Mixaylovskoye k.-ndә”, 1875, Rәssamlıq muzeyi, Xarkov) müraciәt etmişdir. Bәzi rәsmlәrini uğursuz sayan G. bir müddәt sәnәtdәn uzaqlaşmışdır. 1882 ildә L.N. Tolstoyla tanış olmuşdur. Müәyyәn müddәtdәn sonra sәnәtә qayıdan rәssam yenә dә dini süjetlәrә [“Çarmıxaçәkilmә”, 1894, Orse muzeyi, Paris; “İsa tәlәbәlәrilә Gefsiman bağında”, 1889, Dövlәt Rus muzeyi; “Hәqiqәt nәdir” (İsa vә Pilat”, 1890)] üstünlük vermişdir. O, hәmçinin portret heykәltәraşlığı sahәsindә dә işlәmişdir: V.Q. Belinskinin (qips tonu verilmiş, 1871, Rus İncәsәnәti Muzeyi, Kiyev), L.N.Tolstoyun (tunc, 1890, Dövlәt Rus Muzeyi vә s.) büstlәri bu qәbildәndir. L.N.Tolstoyun әzәmәt vә böyüklüyünü ifadә edәn portreti (1884, Dövlәt Tretyakov Qalereyası) vә avtoportret (1892, Rus İncәsәnәti Muzeyi, Kiyev) G.-nin son әsәrlәrindәndir.

     Nikolay Ge. “Dәniz körfәzi. Livorno”. 1862. Tretyakov qalereyası (Moskva).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN