Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEBBELS

    GEBBELS, G ö b b e l s (G o e b b e l s) P a u l   Y o z e f (29.10.1897, Reydt, indiki Mönxenqladbax hüdudlarında – 1.5.1945, Berlin) – Almaniya dövlәt xadimi, әsas nasist hәrbi canilәrindәn biri. Aztәminatlı, çoxuşaqlı ailәdә doğulmuşdur. Uşaqlıqdan әlil idi. 1917–21 illәrdә Almaniyanın ayrı-ayrı un-tlәrindә germanistikanı, antropologiya vә tarixi öyrәnmişdir. 1921 ildә Bonn Un-tindә doktorluq dәrәcәsi almışdır. 1924 ildә Nasional-sosialist alman fәhlә partiyasının (NSAFP) “sol” cinahına qoşulmuş, 1926 ilin fevralından A.Hitleri dәstәklәmişdir. Hәmin ilin oktyabrında NSAFP-nin Berlin-Brandenburq dairәsi tәşkilatının rәhbәri tәyin edilmiş, özünü qeyri-adi tәşkilatçı vә natiq kimi göstәrmişdir. Tәsis etdiyi “Der Angriff” qәzeti 1927–35 illәr әrzindә nәşr edilmişdir. 1928 ildәn NSAFP-dәn reyxstaqın deputatı idi. 1929 ildәn partiyanın tәbliğat işlәrinә rәhbәrlik etmişdir. Almaniyada nasist diktaturası qurulduqdan sonra imperiya xalq maarifi vә tәbliğatı naziri (1933, mart), hәmçinin imperiya mәdәniyyәt palatasının rәhbәri (1933, sentyabr) olan G. alman xalqının NSAFP-nın proqram göstәrişlәrinә vә siyasәtinә sәfәrbәr edilmәsinә, hәmçinin müharibәyә psixoloji hazırlığına birbaşa cavabdeh olmuşdur. Onun rәhbәrliyi ilә almanlarda onların ali irqә mәxsusluğu, millәtçilik şüuru formalaşdırılır, nasist cinayәtlәrinә bәraәt qazandırılır, Almaniya mәdәni hәyatının “arilәşdirmәsi” hәyata keçirilirdi. İkinci dünya müharibәsi zamanı G. vermaxtın hәrbi әmәliyyatlarının tәbliğinin vә dezinformasiyalı aksiyaların tәşkilinin bilavasitә iştirakçısı olmuşdur. 1944 ilin iyulundan “total müharibәnin” aparılması üzrә imperiya müvәkkili vә Berlinin “prezident”i idi. 1945 il aprelin 30-da Hitlerin vәsiyyәtinә әsasәn reyxskansler vәzifәsini tutmuşdur. 1945 il mayın 1-dә sovet komandanlığının Berlindә müvәqqәti barışıq tәklifiylә razılaşmadıqdan sonra intihar (ailә üzvlәri ilә birgә) etmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN