GECƏ QORXULARI (lat. pavor nocturnus) – müxtәlif növlü yuxu pozulmaları; adәtәn yavaş yuxu fazasında qәflәtәn yarımçıq ayılma ilә şüurun pozulması itmәsi tipi üzrә tutqunlaşması, hәrәki oyanma, qışqırtı, vegetativ reaksiyalarla (taxikardiya, yüksәk tәrlәmә) tәzahür edir. Xüsusәn mәktәbәqәdәr vә kiçik mәktәb yaşlı uşaqlarda vә daha çox oğlanlarda müşahidә edilir. G.q. baş verdikdә uşaq ayrı-ayrı sözlәr (“qorxuram”, “onu qov”, “o mәni tutur” vә s.) deyә bilәr, bunlar onda yuxugörmә vә ya hallüsinasiya tipindә vahimәli hәyәcan olduğunu göstәrir. Bir neçә dәqiqәdәn sonra o sakitlәşir, sәhәr isә, adәtәn, baş verәnlәr haqqında heç nә xatırlamır, yaxud gecә onun yuxuda gördüyü qorxulu yuxu haqqında danışır. G.q. zamanı uşaq çox vaxt anasını çağırır, halbuki bir qayda olaraq bu onda onu tanımır sorğularına cavab vermir. G.q. demәk olar ki, hәr gecә, yaxud böyük fasilәlәrlә baş verә bilәr. Bәzәn onlara özünәmәxsus müәyyәn dövri xarakter xas olur. G.q.-nın tәbiәti tam aydınlaşdırılmamışdır. Belә hesab edilir ki, çox hallarda onlar nevrotik (әsasәn isterik) mәnşәli olur. Bәzәn onlar epilepsiyanı müşayiәt edir. G.q. yuxuda gәzmә (bax Somnambulizm) vә yuxuda danışma ilә birlikdә ola bilәr. Çox vaxt G.q. öz-özünә keçib gedir vә müalicә tәlәb etmir.