GECƏGÜLÜ (Hesperis) – xaççiçәklilәr fәsilәsindәn çoxillik ot cinsi. Gövdәsi vә yarpaqları tükcüklüdür. Yarpaqları növbәli düzülüşlü, saplaqlı vә ya oturaqdır, tam, neştәrvarı, dişlidir. Çiçәklәri xırda, ağ, açıq vә ya tünd bәnövşәyi, yaxud çәhrayı olub, әtirlidir. Meyvәlәri buynuzmeyvәdir. Əsasәn, Aralıq dәnizindә, Qәrbi vә Mәrkәzi Asiyada 30-a yaxın növü var. Azәrb.-da 5 növünә rast gәlinir. Ən çox yayılanı gecә bәnövşәsidir (H. matronalis). Bәzәn G. dekorativ bitki kimi bağ vә parkların yaşıllaşmasında istifadә olunur. Gülçülükdә çox vaxt silindrşәkilli fırçalarda toplanan çi- çәklәri (axşamlar vә gecә saatlarında daha xoş әtirli iyә malik olurlar) vә enli neştәrşәkilli yarpaqları olan dişi G. vә ya gecә bәnövşәsi becәrilir; bәzәn cırlaşır. Balverәndir.
Gecә bәnövşәsi (Hesperis matronalis).