GECƏVƏR (Acorus) – aroidlәr fәsilәsindәn çoxillik kökümsovlu ot cinsi. Yarpaqları uzun, qılıncvarıdır. Çiçәklәri görkәmsiz, xırda, ikicinslidir, әsl örtüyü olmayan qıça çiçәk qrupunda toplanmışdır. Meyvәciklәri quru, aztoxumludur. Bitkinin bütün hissәlәrinin tәrkibindә aromatik efir yağları var. Bir-birinә çox yaxın 2–3 növü Şimal yarımkürәsindә yayılmışdır. Azәrb.-da 1 növü olan adi G.-ә (A. calamus) Lәnkәran vә Kür-Araz ovalıqlarında rast gәlinir. Sahil boyu vә kiçik su hövzәlәrindә, ot basmış bataqlıqlarda bitir. Çox vaxt iri cәngәlliklәr әmәlә gәtirir vә yalnız vegetativ yolla çoxalır. G. dünyanın әn qәdim dәrman bitkilәrindәndir. G.-in tәrkibindә qlikozid kompleksi vә efir yağı olan kökümsovu (suzanbağı kökü) xora әleyhinә preparatlar olan vikalin vә vikairin tәrkibinә daxildir, iştahanın artırılmasında vә hәzmin yaxşılaşdırılmasında istifadә edilir. G-in efir yağından әtriyyat, şirniyyat sәnayesindә vә pivә istehsalında istifadә edilir.
Adi gecәvәr (Acorus calamus).