GEDİMİN, Gediminas (polyak dilindә Giedyminas) (?–1341) – 1295 ildәn qardaşı Vitenin hәmhakimi, Böyük Litva knyazı [1316 ildәn], Gediminilәr sülalәsinin banisi. Əslәn Aukştaytlardandır, Olgerd vә Keystutun atasıdır. Böyük Litva Knyazlığının (BLK) iqtisadi inkişafı üçün әlverişli şәrait yaratmış, gömrük vә digәr güzәştlәr vermәklә Avropa sәnәtkar vә tacirlәrini Litvada daimi mәskunlaşmağa sövq etmiş, BLK üçün sәrfәli ticarәt müqavilәlәri imzalamışdır. Dövlәt strukturunu möhkәmlәndirmiş, inzibati sistemi tәkmillәşdirmiş (tiun, starosta institutlarının, canişin mәhkәmәsinin tәtbiqi), mükәllәfiyyәtlәri nizamlamışdır. Ölkәnin paytaxtı olmuş Vilno (indiki Vilnüs) ilk dәfә G.-in dövründә qeyd edilmişdir (1323). 1323 ildә Livoniya ordeninә qarşı mübarizәdә Riqa yepiskopluğu ilә ittifaq bağlamışdır. 1325 ildә Polşa kralı I Vladislav Loketeklә müqavilә bağlamış vә qızını kralın oğluna әrә vermәklә onu daha da möhkәmlәndirmişdi. 1310–30 illәrdә G. Polotsku, Qrodnonu, Berestyeni, Vitebski, Minski, Turovu vә Pinski tabe etmiş, onlara qonşu knyazları öz vassallarına çevirmişdi. Polşa feodalları ilә mübarizәdә Volını qәti olaraq BLK-ya birlәşdirmişdir. İvan I Daniloviç Kalita ilә rәqabәt aparmış, Pskov, Novqorod, Smolensk, Kiyevin siyasәtinә tәsir göstәrmişdir. Tver knyazı Dmitri Mixayloviçlә Moskvaya qarşı ittifaq (qızını ona әrә vermişdir) bağlamışdır. G. özünü “litvalıların vә rusların kralı” adlandırmışdı. Onun dövründә BLK Şәrqi Avropanın әn güclü dövlәtinә çevrilmişdi. O, almanların Bayerburq qalasının mühasirәsi zamanı öldürülmüşdür.