Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEDİMİNİLƏR 

    GEDİMİNİLƏR – Böyük Litva knyazı Gediminin nәslindәn olan knyaz sülalәsi, Böyük Litva Knyazlığında (BLK) 14 әsrdәn 1572 ilәdәk hakimiyyәtdә idi. G.-in orta qolu Yagellonlar Polşa [1386–1572], Macarıstan [1440–44; 1490–1526] vә Çexiya [1471–1526] kralları olmuşdular. Rus knyazlıqlarında, sonralar isә Rus dövlәtindә ad-sanına görә Rürikoviçlәr vә Çingizilәrdәn sonra üçüncü hesab edilirdilәr.

    Gediminin üç nikahdan 7 oğlu mәlumdur. Birinci nikahdan Kernov vә Slonim knyazı M o n i v i d (?–1341 ildәn sonra); Qrodno knyazı [1326 ildәn] N a r i m a n t (yaxud Narimunt; xaç suyuna salınarkәn Qleb) (?–1348), 1331 ildә Gedimin Novqorod tәrәfindәn sonralar Novqorod knyazı [1333–38] olan Narimanta Ladoqa, Orexovets, Korel, Koporye şәhәrlәrinin, Koreliya torpaqlarının verilmәsinә nail olmuşdur. Bununla yanaşı, Narimant Polotsk knyazı idi, 1341 ildәn isә qardaşı Yavnutla birlikdә BLK-nı idarә etmiş, qardaşları Olgerd vә Keystut tәrәfindәn tәşkil olunan çevrilişdәn sonra Vilnodan Qızıl ordaya qaçmış, onlardan yardım ala bilmәmiş vә BLK-ya dönmüşdür. Qardaşları atası tәrәfindәn Narimanta vәsiyyәt edilәn Pinsk knyazlığını qaytarmışlar. Narimant Strava çayı sahilindә sәlibçilәrlә döyüşdә öldürülmüşdür.

    Gediminin ikinci nikahdan oğlu Y a v n u t (xaç suyuna salınarkәn İoann) (?– 1366) Böyük Litva knyazı [1341–45] idi.

    16 әsrin ikinci yarısında nәsli kәsilәn İjeslavlar (İzyaslavlar) knyaz sülalәsinin banisidir. Bütün G.-in (bütpәrәst Monivid vә Keystutdan başqa) pravoslavlığı qәbul etmәsi onların nikah diplomatiyası sayәsindә Qәrbi vә Cәnub-Qәrbi Rus knyazlıqlarını nәzarәtә götürmәlәrinә imkan vermişdir. Bu әrazilәrdә onlar mülkәdar nәsillәrinin banilәri olmuşlar.

    G.-in әsas qolu Narimantın törәmәlәridir. Onlardan Orexovets canişini A l e k s a n d r   N a r i m a n t o v i ç  (?–1350 ildәn sonra) mәlumdur. Onun nәsillәri Koretskilәr knyaz nәslidir. Aleksandrın qardaşı M i x a i l   N a r i m a n t o v i ç (?–1349) Narimantoviçlәrin Pinsk qolunun banisidir. Onun әn mәşhur oğlu Slutsk vә Pinsk knyazı, Vitovtun Pskovda canişini Y u r i   M i x a y l o v i ç d i r (?–1410 ildәn sonra). Pinsk Narimantoviçlәrinin kiçik qolunun mәşhur nümayәndәlәri: A l e k s a n d r   İ v a n o v i ç   N o s  (?–1433 ildәn sonra) – Svidriqaylonun tәrәfdarlarından biri, Volının Polşaya verilmәsi üçün fәallıq göstәrәnlәrdәndir; M i x a i l   K o n s t a n t i n o v i ç (?–1452 ildәn sonra) – Olşan (Qolşan) vә Bunis knyazı (1439–48), Svidriqaylonun tәrәfdarı; 1452 ildә kral IV Kazimir onun malikanәlәrinin irsiliyini tәsdiqlәdi.

    Narimantın oğlu Y u r i   N a r i m a n t o v i ç (?–1398 ildәn sonra) – Belz vә Xolm (indiki Xelm; Polşa) knyazı [tәqr. 1352–77], Kremenetsin sahibi (1368). Macar kralının hakimiyyәtini qәbul etmәdiyinә görә Belzdә Lüdovik Anjuya mәğlub olaraq Budaya aparılmış (1377), Yaqaylo Novqorodun idarәçiliyini ona vermişdir. Yaqaylonun Vitovtla mübarizәsindә sonuncunun tәrәfindә olmuşdur. Onun oğlu – İvan Y u r y e v i ç  B e l z s k i  (?–12.8. 1399) ordalılarla döyüşdә öldürülmüşdür. Narimantın digәr oğlu – P a t r i k i  N a r i m a n t o v i ç (?–1386 ildәn sonra) – Qrodno knyazı (1365 ilәdәk). Yaqaylonun Vitovtla mübarizәsi zamanı Novqorodda Orexovets, Korel, Koporye, Rusa vә Ladoqanı idarә etmişdir. 

    Gediminin üçüncü oğlu Olgerd G.-in әn çoxşaxәli qolunun banisidir. Onun әn mәşhur oğulları: A n d r e y   O l g e r d o v i ç knyazlar Polubenskilәrin, D m i t r i   O l g e r d o v i ç isә Trubetskoylar nәslinin banilәridir; K o n s t a n ti n  O l g e r d o v i ç (?–1393) – Çerniqov vә Çertorijsk knyazı [1377 ildәn], Çartorıyskilәr knyaz nәslinin banisi hesab olunur; V l a d i m i r   O l g e r d o v i ç (?–1398/99) – Böyük Kiyev knyazı [tәqr. 1362–1399], hәmçinin Slutsk vә Kopıl (indiki Belarusda) knyazı olmuşdur. Vladimir Olgerdoviçin oğulları Slutski-Olelkoviçlәr vә Belskilәr knyaz nәsillәrinin banilәridir.

    Olgerdin oğullarından D m i t r i- K o r i b u t  O l g e r d o v i ç (onun övladları Nesvijskilәr, Zbarajskilәr, Vişnevetskilәr, Porıtskilәr vә Voronetskilәr knyaz nәsillәrinin banilәri hesab olunur) vә S k i r q a y l o (xaç suyuna salınarkәn İoann) (?–1397) – Yaqaylo ilә BLK-nın şәrikli hakimi [1387–90] daha mәşhurdular. Yaqaylo Yagellonlar kral sülalәsinin banisidir. Luqven (xaç suyuna salınarkәn Simeon) (?–1431) Mstislavskilәr knyaz nәslinin birinci qolunun banisidir. Onların kiçik qardaşı N a r i m a n t ı n (?–1390) oğulları Patrikeyevlәr, Şenyatevlәr, Qolitsinlәr, Kurakinlәr knyaz nәsillәrinin banilәridir.

    G.-in kiçik qolu Yavnutun nәsillәri ilә tәmsil olunur. Onun nәticәsi olan M i x a i l   İ v a n o v i ç  İ z y a s l a v s k i (?–1529) Mstislav knyazlığının hakimi idi. Onun oğlu F y o d o r   M i x a y l o v i ç 1526 ildә Moskvaya xidmәtә gedәrәk Mstislavskilәr knyaz nәslinin Moskva qolunun banisi oldu. 

    Olgerdin hәmhakimi olan knyaz Keystutun oğullarından Litva knyazları Vitovt vә Sigizmund mәşhurdur. Sigizmundun oğlu M i x a i l  S i g i z m u n d o v i ç  (xaç suyuna salınarkәn Boleslav) (?–1452) – Starodub knyazı [1430–40], Kiyev knyazı [1432], BLK-da atasının hәmhakimi [1432–40] idi. Koryat-Mixailin 14 әsrin ikinci yarısında Podolye, Novoqrudka vә Posojyeni idarә edәn nәsli 1399 ildә kәsilmişdir. Lyubart-Dmitri Gediminoviçin oğullarından F y o d o r   (F e d o t ) L y u b a r t o v i ç (?–tәqr. 1431) – Lutsk knyazı [1384–86], Vladimir-Volınsk knyazı [1384–93], Novqorod-Severski knyazı [1393–98] daha mәşhurdur.

    15 әsrin әvvәllәri – 16 әsrin birinci qәrinәsindә Koretskilәr, Xovanskilәr, Patrikeyevlәr, Belskilәr, Trubetskoylar, Mstislavskilәr knyaz nәsillәrinin banilәri olan G. getdikcә Rus dövlәtinin hakim siyasi elitasının tәrkibinә qatılırdılar. Onların Moskvada xidmәt etmәlәri Böyük Litva knyazlarının әfsanәvi genealogiyasının (G. 10 әsrin sonundan Polotsku idarә edәn Rürikoviçlәrin nәsillәri kimi) yaranmasına gәtirib çıxartmışdır.

    -

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN