Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEDRÓYTS 

    GEDRÓYTS Konstantin Kaetanoviç (6.4.1872, Bessarabiya qub., Benderı ş. (indiki Moldova) – 5.10.1932, Moskva) – rus torpaqşünası vә aqrokimyaçısı. SSRİ EA-nın (1929), Ukr. SSR EA-nın akad. (1930). Hәrbi hәkim ailәsindә doğulmuşdur. S-Pb. Meşә İn-tunu (1897) vә S-Pb. Un-tinin fizika-riyaziyyat fakültәsinin tәbiәt şöbәsini bitirmişdir (1903). Əkinçilik nazirliyinin vә V.V.Dokuçayev ad. Torpaq Komitәsinin kimya laboratoriyalarına (1915–17), Petroqraddakı Meşә İn-tunun torpaqşünaslıq kafedrasına (1917–30) rәhbәrlik etmişdir. V.V.Dokuçayev ad. Torpaq İn-tunun direktoru (1929–30), Beynәlxalq torpaqşünaslar assosiasiyasının prezidenti (1927 ildәn) seçilmiş, 2-ci Beynәlxalq torpaqşünaslar konqresinin prezidenti olmuşdur. Torpaqların kolloid kimyasının banisidir. “Torpağın uducu kompleksi” anlayışını elmә daxil etmiş, torpağın müxtәlif udma qabiliyyәti növlәrini (mexaniki, fiziki, kimyәvi, biol. vә s.) müәyyәnlәşdirmişdir. Torpağın udma qabiliyyәtinin fәrqliliyinә әsaslanan (kationlarla doymamış, Ca, Na vә s. ilә doymuş torpaqlar) torpaq tәsnifatını işlәyib hazırlamışdır. Torpaqların morfoloji vә kimyәvi xassәlәrinin qarşılıqlı әlaqәsini ilk dәfә göstәrmişdir. Şorakәtlәşmiş torpaqların tәkamül prosesini kimyәvi nöqteyi-nәzәrdәn aydınlaşdırmışdır. Torpağın gipslәnmәsi vә әhәnglәşdirilmәsinin әsaslarını hazırlamışdır. V.İ.Lenin ad. mükafatı almışdır (1927).

    Ə s ә r l ә r i: Учение о поглотительной способности почв. 5–ое изд. М.,Л.. 1935; Химический анализ почв, 5–ое изд. М., 1955; Избр. Соч.. В 3 т, М., 1955; Избр. Научныe труды. М..1975.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN