GEHÉNNA (ivritcә – “Hinnom vadisi”; yun. γέεννα) – iudaizm vә xristianlıqda cәhәnnәmin simvolik adı. Yerusәlimdәn cәnubda, Günәş qapısının yaxınlığında yerlәşәn Hinnom vadisi, yaxud BenHinnom (Hinnomun oğlu vadisi) qәdim dövrlәrdә insanların öz övladlarını oda ataraq Molek adlı bütә qurban verdiklәri yer idi (Yeremya 7:31). Bu әnәnә kral Axazın dövründә dә davam etmişdir. Bibliyaya görә, “qırğın dәrәsi” adlandırılan bu yerdә yәhudalılar etdiklәri cinayәtkar әmәllәrә görә cәzalarını çәkәcәklәr (Yeremya 19:4–7). Kral Yoşiya tәxminәn e.ә 622 ildә Hinnom vadisinin bütpәrәstlik qurbangahlarını dağıtdı. Sonralar bura heyvanların vә dәfn edilmәmiş insanların cәsәdlәrinin vә hәr növ zibilin atıldığı yer oldu. İsa peyğәmbәrin dövründә “atәşin heç vaxt sönmәdiyi” vә zibillәrin yandırıldığı bir yerә çevrilәn G. xristian vә yәhudi mәtnlәrindә lәnәtli yerin, sonsuz cәzanın simvoludur.