GEL ƏDƏBİYYATI – şotlandların gel dilindәki әdәbiyyatı. G.ә.-na aid ilk abidәlәrdәn biri qәhrәmanlıq balladaları antologiyası olan C. vә D.Makqreqor qardaşlarının hazırladığı “Lismorlu baş keşişin kitabı” toplusudur (1510–20-ci illәr). 17– 18 әsrlәr G.ә.-nın yüksәliş dövrüdür. 17 әsrdә Makvyurih ailәsindәn olan bardların “Klanranalda qara kitabı” vә “Klanranalda qırmızı kitabı” mәcmuәlәri, D.Makreyemin hazırladığı, dünyәvi vә dini xarakterli tәqr. 4200 misradan ibarәt “Fernaq әlyazması” (1690) yaranmışdır. Şairә M.Makleodun dәrin emosionallığı, aydın bәdii quruluşu, sadә üslubu ilә seçilәn lirikası vә öz dövrünün siyasi hadisәlәrinә aydın şәkildә fikrini bildirәn C.Makdonaldın yaradıcılığı nüfuz qazanmışdı. Şairlәrdәn A. Makkenzi, M.Makkenzi, R.Morrison bu dövrdә yaşayıb yaratmışlar. Şeirlәri gel poeziyasının zirvәsi sayılan A.Makdonald vә D.Makintir 18 әsrin әn görkәmli şairlәri olmuşlar. 19 әsrdә gel dilindә dövri mәtbuat meydana gәldi (“An Gaidheal”, “Gairm” vә s. jurnallar). Gel nәsri (L.Makleon, N.Makleod, D.Makkenzi), dramaturgiyası (U.Livinqston) yaranmışdır. 20 әsrdә A. Robertson, D.Tompson vә b. şairlәr şöhrәt qazanmışlar.