Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GELAOLAR

    GELAOLAR, s i l a o l a r, k e l a o l a r, i l a o l a r, t x u l a o l a r (özlәrini t x y u, yaxud t x i adlandırırlar) – Çinin c.-unda xalq. Sayları 55 min nәfәrdir. Hәmçinin Vyetnamda yaşayırlar (1,3 min nәfәr). Dillәri paratay dil ailәsinin gelao qrupuna aiddir. Çin dili dә yayılmışdır. Ənәnәvi inanclarını saxlayırlar.

     Ənәnәvi geyimli gelao qızı.

    Qәdim Çin mәnbәlәrindә qeyd olunan vә mәdәniyyәtinә görә hind-Çin xalqlarına, bir sıra әlamәtlәrinә görә isә Avstroneziya a-rı xalqlarına yaxın olan laolar G.-ın әcdadları hesab edilir. G. çinlilәr, çjuanlar, dunlar vә digәr paratay xalqlarının tәsiri altında qismәn assimilyasiyaya uğrayırlar.

    Əsas mәşğuliyyәtlәri suvarma çәltikçiliyidir. Metalişlәmәnin, palma lifindәn, otdan vә çәtәnәdәn toxuculuğun, naxıştikmәnin qәdim әnәnәlәri qorunub saxlanılmışdır. Yaşayış mәskәnlәri dağınıq şәkildәdir. Yerüstü düzbucaqlı evlәrin divarları qamışdan, döşәmәsi isә torpaqdandır; keçmişdә dirәküstü evlәr dә mövcud idi. Geyimlәri qonşu xalqların (myaolar vә b.) geyiminә oxşardır, lakin zәngin naxıştikmә ilә fәrqlәnir. Qidalarının әsasını düyü vә qarğıdalı tәşkil edir. Kiçik ailә, levirat, kuvada adәti, “Ay rәqslәri” , ruhlara sitayiş vә şamanizm yayılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN