Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GELATİ MONASTIRI 

    GELATİ MONASTIRI – Gürcüstanın orta әsr monastırlarından (Kutaisi ş.-nin 14 km-liyindә), gürcü memarlığının görkәmli abidәlәrindәn biri. Əsasını 12 әsrin әvvәlindә IV David qoymuşdur (hәmin monastırda dәfn olunmuşdur). 16 әsrin 2-ci yarısından 1814 ilә qәdәr katalikospatriarx burada mәskunlaşmışdır. G.m. orta әsrlәrdә Gürcüstanın qabaqcıl elm vә mәdәniyyәt mәrkәzi idi; 12 әsrdә Gelati akademiyası yaradılmışdır. Monastırın memarlıq kompleksi xaç-günbәzli baş mәbәddәn (1106–25), Müq. Georgi vә ikimәrtәbәli Müq. Nikolay kilsәsindәn, üçyaruslu zәng qüllәsi (hamısı 13 әsr) vә akademiya binasından (12 әsr, portik 14 әsr) ibarәtdir. Baş mәbәdin mozaikaları (Müq. Mәryәmin körpәsi vә mәlәklәrlә tәsviri, 1125–30) orta әsrlәr incәsәnәtinin görkәmli nümunәlәridir. G.m.-nın mәbәdlәrindә 12–18 әsrlәrә aid divar rәsmlәri (tarixi şәxsiyyәtlәrin portretlәri dә daxil olmaqla) mühafizә olunmuşdur. Monastırın ikonaları Gürcüstan İncәsәnәt Muzeyindә (Tbilisi), әlyazmaları, kilsә müxәllәfatı, qәdim tikmәlәr, әsasәn, Kutaisi Tarix-Etnoqrafiya Muzeyindә vә Gürcüstan EA Əlyazmalar İn-tunda qorunur. 1923 ildә lәğv edilmişdir. G.m. vә akademiya 1990 ildә yenidәn açılmışdır. Kompleks Ümumdünya irsi siyahısına daxil edilmişdir.

     Gelati monastırı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN